Gəncədə 59 yaşlı qadın maşınla vurulub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Gəncə Şəhər baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1951-ci il təvəllüdlü Hüseyn Məmmədov idarə etdiyi, “Kəlbəcərin harayı” qəzetinin redaksiyasına məxsus “VAZ 21015” markalı avtomobillə yolu keçmək istəyən piyada, Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Aybəniz Qəhrəmanovanı vurub.

 

Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli