Fəhlə prospektində sərxoş sürücü “BMW”ni dirəyə çırpdı

Fəhlə prospektində sərxoş sürücü qəza törədib. APA-nın xəbərinə görə, prospektlə hərəkət edən "99 DP 625" dövlət nömrə nişanlı "BMW" markalı maşının sürücüsü içkili halda avtomobili işıq dirəyinə çırpıb. Hadisə nəticəsində elektrik dirəyi açıb, prospektin bir hissəsi işıqsız qalıb. Sürücünün xəsarət almadığı qəzada avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə gələn Dövlət Yol Polisi İdarəsinin Xətai Rayon Şöbəsinin əməkdaşları araşdırma aparıblar. Polis əməkdaşları qəza ilə bağlı prospektdə yaranmış tıxacı aradan qaldırmaq məqsədi ilə avtomobili evakuaktor vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıblar.


Sürücü isə içki testinə cəlb olunub. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv