Xaçmaz sakini naməlum şəraitdə bıçaqlanıb

Ötən gün Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yataqoba kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Əli Piriyev müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz rayon xəstəxanasına yerləşdirilib. Ona qarın ön divarının göbəkdən aşağı sağ tərəfinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi isə hələlik məlum deyil.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Vəli Turan