Gəncədə qəza: 14 yaşlı piyada öldü

Ötən gün Gəncədə piyadanın ölümlü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Gəncənin Gülüstan qəsəbəsi yaxınlığında qeydə alınıb.

Şəhər sakini Nəbi Nəbiyev idarə etdiyi “Niva” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən, yolu keçmək istəyən 14 yaşlı Xaliq Səmədovu vurub. Ağır bəndən xəsarətləri alan 14 yaşlı yeniyetmə dərhal Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli