Masallıda partlayış: 11 sinif şagirdi dünyasını dəyişdi

Masallı rayonunda güclü partlayış baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.


Dəmir qapılar düzəldilən sexdə kənd sakini, 50 yaşlı Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.

Güclü partlayış nəticəsində qaynaqçı hadisə yerindəcə ölüb.
 

Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, Siman Füqar oğlu Əliyev və Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səylərinə baxmayaraq Famil Sadıqov çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib. Siman Əliyevin də vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hər iki yeniyetmə yerli məktəbin 11-ci sinif şagirdləridir. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 

Müəllif | Apa.Tv