Bakı-Şamaxı yolunda ağır qəza: 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Ötən gün Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Məlumata görə, iki “Mersedes” markalı minik maşını “Daevo Nexia” ilə toqquşub. Hadisə nəticəsində Ağsu rayon sakinləri Orucəliyev Cümşüd Rəcəb oğlu, onun iki oğlu Orucəliyev Rafiq Cümşüd oğlu və Orucəliyev Rasim Cümşüd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyalarını dəyişiblər. Cümşüd Orucəliyevin həyat yoldaşı Hökümə Orucəliyeva və nəvəsi Aytac Orucəliyeva, eləcə də, Qəbələ rayon sakinləri Əliyev Qurban Cəfər oğlu, Əhmədov Əziz Hacıməmməd oğlu, İmanova Leyla Qurban qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xüsusi alətlərdən istifadə edərək maşınların içində sıxılıb qalmış ölü və yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov