Dövlət Yol Polisi reydlərə başlayıb

Daxili İşlər Nazirliyinin müvafiq göstərişi ilə DYP əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışıb. Novruz bayramı ərəfəsində və bayram günlərində əhalinin respublikanın ayrı-ayrı bölgələrinə böyük axınını nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə dövlət əhəmiyyətli avtomobil yollarında reydlər təşkil edilib. Belə reydləri keçirməkdə məqsəd yol nəqliyyat hadisələrinin bilavasitə baş verməsinə səbəb olan qayda pozuntularına yol verən sürücüləri aşkar edib onların inzibati məsuliyyətə cəlb edilməsidir. Hacıqabul rayonun Nəvahi kəndi və Sabirabad rayonunun Qaragüney kəndi ərazisində yerləşən YPX postlarında keçirilən reydlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər aşkarlanıb. Reyd zamanı sərxoş vəziyyətdə avtomobili idarə edən 9, sürücülük hüququ olmayan 3, ötmə qaydalarını pozan 30, təhlükəsizlik kəmərindən istifadə etməyən 115, yol nişanının tələbini pozan 134 sürücü haqqında inzibati protokollar tərtib edilib. Reyd zamanı ümumilikdə 824 inzibati protokol tərtib edilib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı