Rusiya xüsusi təyinatlıları Feodosiyada dəniz piyadalarının bazasını hücumla ələ keçirdi

Rusiya qoşunları Feodosiyada yerləşən Ukrayna dəniz piyadalarının bazasını ələ keçiriblər. APA TV-nin məlumatına görə, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk hərbi bazaya hücumda Rusiya Baş Kəşfiyyat İdarəsinin 50 xüsusi təyinatlısının, 200 əsgərin, iki vertolyot və 3 zirehli texnikanın iştirak etdiyini deyib. Ruslar havaya atəş açıblar, daha sonra dəniz piyadaları ilə hücumda iştirak edənlər arasında əlbəyaxa döyüş baş verib. Səhər saatlarında baza tam şəkildə Rusiya hərbçilərinin nəzarətinə keçib, ukraynalılar bazadan zor tətbiq edilərək çıxarılıblar. Hazırda bazanın üzərində Rusiya bayrağı qaldırılıb. Ərazi ruslar tərəfindən mühasirəyə alınıb, girişləri zirehli texnika mühafizə edir.
 

Müəllif | Apa.Tv
Apa.tv