Bakıda tələbə özünü 16-cı mərtəbədən ataraq intihar edib

Bakıda tələbə intihar edib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə paytaxtın Dilarə Əliyeva küçəsi, 253 ünvanında yerləşən 16 mərtəbəli binada qeydə alınıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kərimli Kamil Vaqif oğlu binanın damından özünü atıb. O, hadisə yerindəcə keçinib. Polisdən həmçinin bildirilib ki, Kamil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi imiş. Kamil Kərimlinin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv