Ukrayna “rubilnik”i vurdu! Krım işıqsız qalıb

Ukrayna Krım yarımadasına elektrik verilişini dayandırıb. APA TV-nin məlumatına görə, hazırda Baxçasaray, Saki, Yevpatoriya və Simferopol şəhərləri işıqsız qalıb. Gecə yarısına kimi isə Kerç, Köhnə Krım, Yalta, Aluşta, Simeis və Misxoaranın elektrik enerji ilə təminatında ciddi problemlər yaşanıb. Elektrik kəsintisinin səbəbini araşdırmaq mümkün olmasa da, daha sonra "Krımenerqo" şirkətinin yaydığı rəsmi məlumatda bunun yüksəkgərginlikli şəbəkədəki böyük qırılma ilə bağlı olduğu bildirilib.
 

Şirkətdən əlavə ediblər ki, hazırda yarımadanın 2/3 hissəsi elektrik enerjisi ilə təmin olunub. Problemin bu gün axşam saatlarına kimi tamamilə aradan qaldırılacağı bildirilir.

Bu arada özünün müstəqil elan etmiş Krımın baş nazirinin müavini Rustam Temirqalıyev Ukraynanın Krıma verilən elektrik enerjisinin 50 faizini kəsdiyini iddia edib.

Müəllif | Apa.Tv