Azərbaycan Ordusunun əsgəri intihar edib

Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Heybətqulu Maqsud oğlu Əzizov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Heybətqulu Əzizov Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müəllif | Apa.Tv
Apa.tv