Yaxın üç gündə hava necə olacaq? - PROQNOZ

Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, bu günlər ərzində gündüz saatlarında cənub küləyinin arabir nisbətən güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında 11-16 dərəcə isti təşkil edəcək. Rayonlarda da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Cənub küləyi əsəcək, gündüz saatlarında arabir küləyin sürəti güclənəcək.

Aran rayonlarında gündüz saatlarında 15-20 dərəcə, dağlıq rayonlarda isə 8-13 dərəcə isti gözlənilir. Yaxın üç gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova