Novruz bayramında Bakıda 1700 nəfərə təcili tibbi yardım göstərilib

Bayram günlərində paytaxtın 1700 sakini təcili tibbi yardım üçün müraciət edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib ki, ötən illərlə müqayisədə müraciət edənlərin sayı azalıb. Yalnız son iki gündə çağırışların sayı bir qədər artaraq 1850 nəfərə çatıb. Həkim bildirib ki, bayram süfrəsində zəhərlənmə faktı qeydə alınmayıb. Bunun əvəzində isə yol qəzalarının sayı artıb. Bakı qaz emalı zavodu tərəfdə baş verən zəncirvarı qəza nəticəsində 4 zərərçəkən xəstəxanaya yerləşdirilib. Sabunçu rayonunda, Balaxanı yolunda da qəza baş verib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova