Goranboyda aşan "BMW" tanınmaz hala düşdü

Bakı-Qazax-Gürcüstan avtomagistiralının 324 km-də , Goranboy rayonu ərazisində 1 nəfərin ağır yaralanması ilə nəticələn yol qəzası baş verib. Gürcüstan vətəndaşı, 51 yaşlı Əmirxan Mirhəsənov idarə  etdiyi “BMW” markalı avtomobillə Gəncə istiqamətdə hərəkətədə olarkən idarə etməni itirilməsi nəticəsində maşını aşırıb və ağır bədən xəsarətləri alıb. Yaralı  yoldan keçən avtomobilərinin sürücüləri tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Xəstəxanadan   verilən məlumata görə, yaralının vəziyyəti ağır olaraq qalır.

 

Həkim Mehman Hüseynov deyib ki, xəstənin vəziyyəti ağırdır, həyati təhlükəsi var.

 

Qəza nəticəsində avtomobil də yarasız hala düşüb. İlkin etimallara görə, qəzaya "BMW"-nin yüksək sürətlə hərəkət etməsi səbəb olub.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli