“Azərpoçt”un seyfi oğurlandı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Zaqatala rayon filialının Aşağı Tala kənd şöbəsindən seyf oğurlanıb. Zaqatala Rayon Polis Şöbəsindən APA TV-yə  verilən məlumata görə, martın 24-ünə keçən gecə naməlum şəxs və ya şəxslər poçt binasının pəncərəsinin dəmir barmaqlıqlarını çıxararaq binaya daxil olublar. Daha sonra nəməlum şəxs və ya şəxslər poçt şöbəsindən seyfi oğurlayaraq hadisə yerindən qaçıblar. Verilən məlumata görə, seyfdə 800 manat pul və sənədlər olub.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi açılıb. Poçt binasından oğurluq edən şəxs və ya şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov