Rusiya "G-8"-dən çıxarıldı

“Böyük səkkizliy”in (G-8) bu il Rusiyasız keçiriləcək növbəti sammitin Brüsseldə keçirilməsinə qərar verilib. Artıq "Böyük yeddilik" (G-7) formatında liderlər Ukraynadakı son prosesləri dəyərləndirmək üçün Hollandiyada toplaşıblar.

 

Qeyd edək ki, bundan əvvəl keçirilmiş toplantıda növbəti sammitin Soçidə keçirilməsi barədə qərar verilib. Lakin Rusiya ilə Ukrayna arasında baş verən son hadisələrdən sonra Rusiyanın bu formatda iştirakına veto qoyulub və sammitin Soçidə keçirilməsindən imtina edilib.

 

Məsələyə münasibət bildirən Rusiya xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin bu sammitdən xaric edilməsinin mümkün olmadığını deyib: “G-8 qeyri-formal bir klubdur, orada heç kim üçün üzvlük haqqında sənəd yazılmır. Ona görə də “Böyük səkkizlik”dən kimisə qovmaq mahiyyətcə mümkün deyil”.

 

Müəllif | Apa.Tv
Apa.tv