Yoxa çıxan təyyarənin qəzaya uğradığı yer müəyyənləşdirilib

Malayziya hava yollarının yoxa çıxdığı bildirilən təyyarəsinin qəzaya uğradığı və göyərtəsindəkilərin hamısının həlak olduğu rəsmən açıqlanıb. Malayziyanın baş naziri Nəcib Rəzak Britaniyanın aviasiya hadisələrinin araşdırması üzrə komissiyasının rəyinə əsasən bildirib ki, təyyarə cənub dəhlizi ilə uçurmuş və onun son yeri Hind okeanında müəyyən edilib. Qəzanın məhz orada baş verdiyi bildirilir.

 

Baş nazirin açıqlamasından əvvəl martın 8-inə keçən gecədən yaxınlarından xəbər gözləyənlərə faciəli xəbər SMS-lə çatdırılıb. Pekindəki "Lido" otelinə toplaşan yüzlərlə adam xəbəri üzüntü ilə qarşılayıb, bir neçə nəfərin vəziyyəti pisləşib. Təyyarədəki 239 nəfərin 2/3-si Çin vətəndaşıdır.

 

Xatırladaq ki, "Malayziya hava yolları"nın "Boinq" tipli təyyarəsi Kuala Lumpurdan Pekinə uçurdu. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub. Martın 8-inə keçən gedə uçuş başlayandan təxminən iki saat sonra təyyarə ilə əlaqə itib.

Müəllif | Apa.Tv
Apa.tv