Dağıstanda silahlı birləşmənin lideri öldürüldü

Dağıstanda polislə yaraqlılar arasında atışma baş verib. Atışma martın 25-də yerli vaxtla səhər saat 8-də paytaxt Mahaçqalanın Xasavyurt  şəhərində qeydə alınıb. Daxili İşlər Nazirliyinin əməkdaşları "VAZ-2114" markalı avtomobili saxlayıblar. Avtomobildəkilər polislərin sənəd tələbinə atəşlə cavab veriblər. Atışma zamanı silahlı yaraqlılar zərərsizləşdirilib.

 

APA TV-nin xəbərinə görə, ilkin araşdırma zamanı öldürülən üç döyüşçünün Babayurt silahlı qruplaşmasının üzvü olduğu müəyyənləşib. Dağıstan Daxili İşlər Nazirliyinin yaydığı son xəbərə əsasən, öldürüləndən biri 2011-ci ildən müxtəlif cinayətlər törətməkdə, terrorçu qruplaşma yaratmaqda təqsirli bilinərək axtarışa verilən Babayurt silahlı qruplaşmanın başçısı İdris Akavovdur.

Baş verən silahlı insident nəticəsində polislər xəsarət almayıb. Hazırda hadisə yerində istintaq təbirləri davam etdirilir. 

Müəllif | Apa.Tv