Tailandda qətliam kimi qəza: 30 ölü

Tailandın qərbində bələdiyyə işçiləırini daşıyan 2 mərtəbəli abtobus uçuruma yuvarlanıb. Qəza nəticəsində 30 nəfər ölüb.

Tailandın Tak əyalətinin valisi Suriya Prasatbundity avtobus sürücüsünün hərəkət istiqamətini dəyişərkən törətdiyi qəza nəticəsində 22 nəfər yaralandığı bildirb.

Hadisə şahidlərinin sözlərinə görə, 30 metr hündürlükdən yuvarlanan avtobus ağaca çırpılıb.

Qəzada ciddi bədən xəsarətləri alan sürücü hadisənin texniki nasazlıq ucbatından baş verdiyini açıqlayıb.

Ölkədə ötən il baş verən qəzalarda 8600 insan ölüb.

Müəllif | Apa.Tv
Apa.tv