Amerikada təbii fəlakət: 14 ölü

Amerika Birləşmiş Ştatlarında baş verən torpaq sürüşməsində 14 nəfər ölüb, 176 nəfər itkin düşüb. Ölkənin Şimal-Qərbində baş verən təbii fəlakətin uzun müddət yağan yağışlar səbəbindən baş verdiyi bildirilir. Yüzlərlə ev palçığın altında qalıb. Xilasetmə işləri həyata keçirilir. Ölənlərin sayının artacağı gözlənilir. Rəsmilər həftəsonu olduğundan bağ evlərində daha çox insanın qaldığını güman edir. Bu isə itkin düşənlərin daha çox olduğundan xəbər verir.

APA TV-nin xəbərinə görə, Avropada səfərdə olan ABŞ prezidenti Barak Obama bölgədə fövqəladə vəziyyət elan edib, federal hökumətdən axtarış və xilasetmə əməliyyatlarında birgə çalışmalarını istəyib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı