Gəncədə iki "VAZ" toqquşdu
Gəncədə 2 avtomaşın toqquşub. Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Nəsimi Vəliyevin APA TV-yə verdiyi məlumata görə, hadisə martın 25-də saat 15.00 radələrində şəhərin Nizami prospektində baş verib.
Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Oqtay Bağırovun idarə etdiyi “VAZ-21011” markalı avtomaşınla, Gəncə şəhər sakini 1993-cu il təvəllüdlü Elgün Məmmədovun idarə etdiyi “VAZ-210154” markalı avtomaşın toqquşub. Hadisəyə səbəb “VAZ-21011” markalı avtomaşının dönmə əməliyyatı apararkən, əks tərəfdən gələn maşını gözləməməsi olub. Nəticədə Elgwn Məmmədov yüngül xəsarət alıb. Hər iki avtomaşına zərər dəyib.
Baş vermiş hadisə ilə bağlı təhqiqat işi aparılır.