Ukraynalı hərbçilər Krımı tərk etdilər

Krımdan Ukraynaya məxsus hərbi texnika və sursatın çıxarılması barədə razılıq əldə edilib. APA TV-nin xəbərinə görə, Rusiyanın tərkibinə daxil olmuş Krımı son ukraynalı hərbçilər tərk edib. Krım sahillərində Ukraynaya məxsus sonuncu gəmi ekipajı da gəmini boşaldıb. Sahildə isə onlara qarşı münasibət birmənalı olmayıb.
Digər yandan, Rusiya hərbçiləri Ukraynanın Krımdakı sonuncu “Çerkassı” gəmisini ələ keçiriblər. Gəmidəki heyət üzvlərinin məlumatına görə, hücum zamanı xəsarət alan olmayıb. İki “Mi-25” helikopteri və üç sürətli hərbi kater “Çerkassı” gəmisinə hücuma keçib.
Bir müddət sonra Rusiya hərbçiləri gəminin göyərtəsinə qalmağa müvəffəq olublar. Sonra gəmi Rusiya hərbçiləri tərəfindən aparılıb.

 

Müəllif | Apa.Tv