Zabratda qisasçılıq zəminində 2 nəfəri güllələyən gənc tutuldu

Bakının Zabrat qəsəbəsində iki nəfəri güllələyən şəxs tutulub. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 24-də səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən 23 yaşlı  Pərvin Cahid oğlu Mehdiyevi isə yaralayan Kamil Fərəcov ötən gecə Ağsu rayonu ərazisində saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi ov tüfəngi də maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.  

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Kamil Fərəcov qətlə yetirdiyi Yaqub  Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. Həmin hadisədə Rabil Musayev Kamil Fərəcovun qardaşı Rafael Fərəcovun boğazını kəsərək öldürüb.

Kamil Fərəcov da qisas almaq məqsədi ilə Rabil Musayevin oğlunu qətlə yetirib.

 

Müəllif | Apa.Tv
Apa.tv