Əvvəllər 4 məhkumluğu olan şəxs corab oğurladığı üçün tutuldu

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Kiçiknicatov Arif Mirzaga oğlunu və tanışı olan qadını həbs ediblər. Şəhərin 34-cü kvartalında dükanların birindən oğurluq etmək istərkən yaxalanan Arifin üstündən 4 ədəd qadın corabı aşkarlanıb. Mağaza sahibi polis cağırandan sonra saxlanılan şəxs götürdüyü corabları geri qaytarıb.
Nicat Kiçiknicatov corabları oğurladığını etiraf edib. O, əvvəllər 4 dəfə məhkumluq həyatı yaşayıb.
Qadın da etiraf edib ki, corablar tanışı Arifin üstündən aşkar olunub. APA TV-nin xəbərinə görə faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv