Permdə azərbaycanlının evindən yarım ton narkotik aşkarlandı
Permdə azərbaycanlının yaşadığı evdə yarım tona yaxın anaşa aşkar edilib. APA TV-nin xəbərinə görə, vilayət üzrə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə İdarəsinin əməkdaşlarının apardığı əməliyyat nəticəsində onların satışı ilə məşğul olan etnik mütəşəkkil cinayətkar dəstə saxlanılıb. Perm vilayətinin Çusavoy şəhərindəki mənzildə yaşayan 3 əcnəbi, o cümlədən azərbaycanlı mühacir polis bölməsinə aparılıb. Onların yaşadığı evdən 470 kq marixuana və 62 kq həşiş götürülüb.
Şübhəli şəxslərə qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi başlanıb. Polis etnik cinayətkar dəstənin digər üzvlərinin olub-olmadığını müəyyənləşdirir.