Uzun bayram tətilindən sonra işə adaptasiya olmağın yolları

Bayramlar gəlişi ilə xoşbəxtlik, istədiyin qədər yatmaq, dincəlmək, gəzmək-dolaşmaq və s. kimi hər birimizin ehtiyacı olan xoş ovqatı bəxş edir. Bu, yaxşıdır. Ancaq istirahətdən sonra işə və dərslərə adaptasiya olmaq bir qədər çətinlik yaradır.

Paytaxt sakinlərinin uzun tətillə bağlı fikirləri eyni deyil. Bəziləri bunun dincəlmək, yorğunluğun bədəndən çıxması baxımından faydalı olduğunu deyir, bəziləri isə insanın təmbəlləşməsindən, gündəlik qazanclarının azalmasından şikayət edirlər

Psixoloq Təhminə Çələbi APA TV-yə deyib ki, işə qayıtmağa iki gün qalmış insan özünü buna hazırlamalıdır: "Hamımızda refleks var. Şənbə gününü sevinirik ki, ertəsi gün istirahət günüdür. Birinci gün isə arasında ağır gün sayılır. Yeni həftə başlayır".

 

İşə adaptasiya olmağın yollarına gəlincə, psixoloq bildirir ki, ilk növbədə günə pozitiv başlamaq lazımdır: "Adaptasiya olmaq üçün  işə getməzdən bir saat öncə təmiz havada gəzmək məsləhətdir. Vitaminli meyvə şirəsi  içə bilərlər. Çünki bizim bədənimiz o vitamini aldığı zaman beyin fəaliyyəti çox yaxşı işləməyə başlayır".

 

Psixoloq əlavə edib ki, inanlarda əzginliyin, əsəbiliyin, işə həvəssiz yanaşmağın bir səbəbi də fəsil dəyişkənliyidir. Odur ki, istirahətdən yığdığımız enerjini doğru istiqamətə yönəldək ki, bəhrəsini görə bilək. 

Müəllif | Apa.Tv
Almaz Qasımova