Milli Parkda yenilik

Dənizkənarı Milli Bulvar İdarəsi daha bir maraqlı layihəyə imza atıb. Bulvarın müxtəlif yerlərində lövhələr quraşdırılıb ki, bu lövhələrin vasitəsi ilə vətəndaşlar harada dayandıqlarını və ətrafda hansı binaların yerləşdiyini müəyyən edə biləcəklər. 

 

Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA TV-yə deyib ki, son illər paytaxta gələn turistlərin sayının çoxluğunu nəzərə alıb, bulvar ərazisində məlumat lövhələrinin quraşdırılmasını vacib hesab ediblər. Lövhələrdə məlumatlar Azərbaycan və ingilis dillərində yerləşdirilib: "Tablolarda xüsusi göstəricilər var ki, şəhərin mərkəzində olan bütün tanınan tikililər, otellər, məscidlər, saraylar, muzeylər, xüsusilə də dövlət əhəmiyyətli binaların yeri göstərilib. Bu, turistlərin şəhərimizi gəzməsinə daha rahat şərait yaradacaq".

 

Tablonun üzərində yerləşən "Burdasınız" işarəsi hazırda harada dayanmağımızı göstərir. Biz hazırda "Dağüstü Park"ın, "Gülüstan Sarayı"nın yaxınlığında, "Dalğa Plaza"nın ətrafında və Milli Məclisin bir neçə km-də  dayanmışıq.

İndiyədək 14 lövhə quraşdırılıb. Bulvar genişləndikcə bu tabloların sayı artırılacaq.

 

Müəllif | Apa.Tv