Bin Ladenin kürəkəni ömürlük azadlıqdan məhrum ediləcək

Nyu-York məhkəməsi "əl-Qaidə" lideri Üsamə Bin Ladenin kürəkəni Süleyman Əbu Geyti terrorçuluq fəaliyyətində iştirakda təqsirli bilib. Onun ömürlük azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Üsəma Bin Ladenin böyük qızı Fatimə ilə evli olan Küveyt əsilli müəllim Süleyman Əbu Geyt ötən il İordaniyada həbs edilib və mühakimə olunmaq üçün ABŞ-a aparılıb. Nyu-York prokurorluğu onu amerikalıların qətlinin təşkilində, "əl-Qaidə"yə dəstək verməkdə və terror təşkilatının mətbuat katibi funksiyasını yerinə yetirməkdə ittiham edib.

Süleyman Əbu Geyt məhkəmədəki müdafiə çıxışında bildirib ki, sadəcə olaraq, dindardır və müsalmanları onlara təzyiq edənlərə qarşı ayağa qalxmağa çağırıb. Onun sözlərinə görə, bu çağırış terrorçuluğa təşviq etmək deyil. "11 sentyabr" hadisələrindən sonra Usəma Bin Ladenlə görüşüşüb-görüşməməsi ilə bağlı suallara cavabında müttəhim deyib ki, hadisələrdən dərhal sonra qayınatası onu yanına çağırıb və görüşüblər. Süleyman Əbu Geyt həmin görüşdə 11 sentyabr hadisələri barədə heç nə danışılmadıbını və Nyu-Yorkdakı terror aktı ilə əlaqəsinin olmadığını bildirib.

 

Məhkəmə heyəti beş saatlıq məşvərətdən sonra Üsəma Bin Ladenin kürəkəninin elan olunan ittihamlar üzrə günahkar olduğu qənaətinə gəlib. Məhkəmə hökmünün tezliklə elan ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, Süleyman Əbu Geyt ABŞ-da məhkəmə qarşısına çıxarılan ən nüfuzlu "əl-Qaidə" nümayəndəsidir. 

Müəllif | Apa.Tv
Apa.tv