Mursini devirən feldmarşal prezident olmaq istəyir

Misirdə keçmiş prezident Məhəmməd Mursinin devrilməsi ilə nəticələnən qiyamın əsas siması - hazırkı müdafiə naziri Əbdül Fəttah əs-Sisi prezident seçkilərində iştirak etmək qərarına gəlib. O, bununla bağlı xalqa müraciət edib. Feldmarşal misirliləri ona səs verməyə çağırsa da, "möcüzə vəd etmədiyini" əvvəlcədən bildirib.

Əbdül Fəttah əs-Sisi prezidentliyə namizəd olmaq üçün müdafiə naziri postunu tərk etməlidir. Hazırda onun istefa müraciətinə Misirin müvəqqəti prezidenti Ədli Mənsul baxır.

Misirdə isə toqquşmalarla müşayiət olunan etiraz aksiyaları səngimir. Dünən Qahirədəki kütləvi iğtişaşlar nəticəsində iki nəfər  - bir tələbə və bir polis əməkdaşı ölüb. Qahirə Universitetinin tələbələrinin etiraz aksiyası zamanı 12 nəfər xəsarət alıb. Fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşları" hərəkətinin tərəfdarı olan tələbələr devrilmiş prezidentin 500-dən çox dəstəkçisi haqqında ölüm hökmünün çıxarılmasına etiraz ediblər. 

Müəllif | Apa.Tv
Apa.tv