Dünya Bankı: Rusiya iqtisadiyyatı il ərzində 150 milyard dollar itirəcək

Əgər Moskva Krımın anneksiyası ilə əlaqədar Qərblə qarşıdurmanı gücləndirsə, bu il Rusiya iqtisadiyyatının zəifləməsi sürətlənə bilər. Bu fikirlər Dünya Bankının son hesabatında öz əksini tapıb. Hesabatda 2014-cü ildə sərmayədarların Rusiya iqtisadiyyatından 150 milyard dollar kapitalı geri çəkəcəyi proqnozlaşdırılır. Dünya Bankı Rusiyaya nəzərən siyasi risklərin artdığını bildirib. Sənəddə qeyd olunur ki, Krım böhranının hansı formada həllindən asılı olmayaraq, Rusiya iqtisadi idarəetmə sahəsində yenidən ciddi böhran yaşayacaq. Rəsmi hesablamalara görə, bu ilin ilk üç ayı ərzində sərmayədarlar Rusiya iqtisadiyyatına qoyduqları 70 milyard dollar vəsaiti geri çəkiblər. Dünya Bankı ilin sonuna kimi bu rəqəmin iki dəfə artacağını proqnozlaşdırır. 

Müəllif | Apa.Tv
Apa.tv