Amerikalı musiqiçilər Şəkidə
Azərbaycanda səfərdə olan ABŞ-ın məşhur “Meri Mak Brayd” musiqi qrupu respublikamızın bölgələrinə səfər proqramı çərçivəsində ilk konsertini Şəki şəhərində verib. APA TV-nin xəbərinə görə, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Kelli Kalam çıxış edərək konsertin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə, musiqisevərlərə minnətdarığını bildirib. Musiqi qrupu Azərbaycanda ilk dəfədir, çıxış edir: "İki xalqı yaxınlaşdırmağın ən yaxşı yolu mədəniyyətdir, musiqidir. Musiqi bəşəri bir ideya daşıyıcısıdır. Musiqi sərhəd tanımır. Məhz bu gün Amerikanın mədəniyyət elçiləriAzərbaycana, onun bölgələrinə səfər etməklə öz sülh missiyasını yerinə yetirir. İnanmaq istərdim ki, bu layihə Azərbaycan və Amerika xalqlarını daha da yaxınlaşdıracaq".
Konsert zamanı Meri Mak Brayd və qrupun üzvlərinin təqdim etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.