Surqutda azərbaycanlar arasında atışma olub
Surqutda iki azərbaycanlının iştirakı ilə atışma baş verib. Sülh küçəsindəki şəxsi evdə baş verən münaqişə zamanı silaha əl atan azərbaycanlılardan biri kəllə-beyin travması və travmatik silahdan açılmış atəş nəticəsində aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, onun həyati təhlükəsi yoxdur. Atışmanın hər iki iştirakçısı xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcək. Bundan başqa, yaralı şəxs qanunsuz şəkildə silah əldə etmə və saxlama maddəsi ilə də ittiham olunacaq.
APA TV-nin xəbərinə görə, sosial şəbəkələrdə isə bu hadisənin sifarişli qətli yerinə yetirmək təşəbbüsü olduğu yazılıb. Əlində səsboğucu tapança olan qatil mənzildə onun sahibi gözləyib. Lakin ölümü sifariş edilmiş şəxs daha cəld tərpənib. O, dəhlizdə maskalı və silahlı şəxsi görüb, travmatik silahını çıxararaq ona atəş açıb. Lakin bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.