Bütün kişilər Kimə bənzəməlidir!
Şimali Koreyada bütün kişilər saçını prezident Kim Jong Un kimi kəsdirəcək. "Korea Times" qəzeti paytaxt Pxenyanda iki həftə əvvəl başladılan işin bütün ölkəyə yayıldığını bildirib. Ancaq Şimali Koreya kişiləri saçlarını gənc liderləri kimi kəsdirməkdən xoşhal deyillər. Çində yaşayan bir Şimali Koreyalı bildirib ki, xalq fikrini dilə gətirmir, amma, saçlarını dövlətin istədiyi kimi də kəsdirmək istəmir. Kimin fərqli saç kəsimi var. Hər kəsin üz və baş şəklinə uyğun olmaya bilər.
Bu ölkədə saç kəsimləri uzun müddətdir ki, dövlət tərəfindən nizamlanır. Qadınların 18 fərqli modeldən, kişilərin isə 10 saç düzümündən birini seçmələrinə icazə verilir.
Saç uzatmağa qarşı kampaniya həyata keçirən dövlət televiziyası xalqa "saçınızı sosialist həyat tərzinə görə kəsdirin" çağırışını edir.
Gənc lider Kim Yong Un atası Kim Yong İlin 2011-ci ildə ölümündən sonra hakimiyyətə gəlib.