Milli təhlükəsizlik naziri Eldar Mahmudova general-polkovnik rütbəsi verildi

Azərbaycan prezidenti İlham Əliyev milli təhlükəsizlik naziri Eldar Mahmudovun general-polkovnik rütbəsi ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə general-mayor Hilal Mirzəli oğlu Əsədov və Əli Sabir oğlu Şəfiyev general-leytenant, polkovnik Tarverdi Məmməd oğlu Məmmədov isə general-mayor ali rütbəsi ilə təltif ediliblər. Bundan əlavə, nazirliyin bir qrup əməkdaşı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" , "İgidliyə görə" ,"Hərbi xidmətlərə görə" medalları ilə təltif olunublar.

 

28 mart - Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranması günüdür. Milli təhlükəsizlik orqanları 1919-cu ildə yaranıb.

 

Müəllif | Apa.Tv
Apa.tv