Norveç və İsveçrə Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

Avropa Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirir. Artıq Norveç və İsveçrə hökuməti Rusiya ilə hərbi əməkdaşlığın dayandırılmasına dair qərar verib. Buna əsas kimi Ukraynanın Krım Muxtar Respublikasının işğal olunması və Ukraynada silahlı qüvvələrdən istifadə edilməsi göstərilib.  İsveçrə eyni zamanda rus hərbçilərini ölkə ərazisində təlim keçməsini dayandırıb. Norveç isə “Şimal Qartalı” hərbi təlimlərində iştirakdan imtina edib. Həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu ilin aprelinə Norveçə planlaşdırılmış səfəri təxirə salınıb.

 

Bundan əvvəl ABŞ konqresinin nümayəndəsi , respublikaçı senator Dan Coatas bütün dünyada Rusiya silahlarının alışının qadağan oluna biləcəyini bəyan etmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv