Azərbaycanda illərdir, qaraciyər serrozundan əziyyət çəkən gənc qız həyata qaytarıldı

4 ildir, qaraciyər serrozundan əziyyət çəkən qızını həyata qaytarmaq üçün göz yaşı tökən Bağdagül Sadıqovanın səsinə səs verən tapıldı. Bir müddət öncə dərdini APA TV-yə danışan Ülviyyə əməliyyatı üçün imkanlı  şəxslərdən kömək istəmişdi. Əslən Laçından olan Sadıqovlar ailəsinə sponsor tapıldı və Ülviyyə yenidən həyata qayıtdı. Moskvada yaşayan həmyerlilərimizdən biri Ülviyyənin xəstəliyindən xəbər tutan kimi 29 yaşlı qızın müalicəsini öz üzərinə götürdü, amma adının açıqlanmaması şəti ilə...

Mərkəzi Neftçilər Xəstəxanasında 1 aydan çox reabilitasiya keçən Ülviyyə nəhayət əməliyyata alınıb. Qardaşından ona qaraciyər köçürülüb.

 

Həkim Mircəlal Kazimi deyib ki, xəstə çox ağır vəziyyətdə müraciət edib: "Bədənində 30 litrə qədər su var idi. Hepatit B-yə bağlı qaraciyər serrozu idi".

 

Həkimlər deyir ki, artıq hər iki xəstənin vəziyyəti yaxşıdır və tezliklə evə buraxılacaq.

 

Həkim Eldar Əhmədov bunları deyib: "Reablitasiya müddətindən sonra xəstə əməliyyata alındı, donor qardaş idi. Əməliyyat uğurlu keçdi. Donorun əməliyyatı 4, respientin isə 8 saat davam etdi. Bu əməliyyat çox bahalı olduğu üçün hər insanın buna imkanı çatmır. Ümid edirik ki, bunlar gələcəkdə də tibbi sığorta ilə təmin olunacaqlar".

 

Ülviyyə deyir ki, son günlər artıq yaşamaq ümidini itirmişdi. Ancaq Moskvadan gələn zəng Sadıqovlar ailəsinə əsl bayram sevinci yaşadıb: " Donor olsa da, maddi imkan olmadığından 4 ildir, xəstə idim. Moskvadan zəng edib köməklik etdi. İkinci həyata qayıtdığım üçün birinci Allaha, sonra isə ona borcluyam. Hər şey yaxşıdır".

İndi ailəni bundan sonrakı müayinə xərclərini ödəyə bilməyəcəkləri narahat edir. Ülviyə üçün artıq bank hesabı da açılıb. İndi eyni ciyəri daşıyan bacı -qardaşın dava -dərmanlaırnın xərcini ödəmək üçün kiçik yardıma ehtiyac var. 

Müəllif | Apa.Tv