Havanın temperaturu 14 dərəcə düşəcək

Martın 28-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Günün birinci yarısında isə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu 10-15 dərəcə isti müşahidə olunacaq.

 

Bunu APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib: "Eləcə də bölgələrimizdə martın 28-də gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Havanın tempertauru Mərkəzi Aran rayonlarında günorta saatlarında 15-20, dağlarda isə günorta saatlarında 12-17 dərəcə isti müşahidə olunacaq".

 

Martın 29-da cənub küləyinin güclənməsi, temperatur rejimin bir qədər yüksəlməsi gözlənilir. Lakin 29-dan 30-a keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin 10-14 dərəcə aşağı enəcəyi gözlənilir: "Martın 29-da axşam bəzi şimal və qərb rayonlarında 30-da isə əksər rayonlarda yağıntılı olacağı dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir".

 

Martın 28-də Abşeron yarmadasında mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaq. Martın 29-da atmosfer təzyiqinin xeyli aşağı enməsi fonunda arabir güclənən gilavar küləyi əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Lakin martın 30-da atmosfer təzyiqinin geclü təzadları güclü xəzri küləyi ötən günlərlədə temperaturun  xeyli aşağı enməsi  əksər metohəssas insanlar üçün əlverişsizdir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova