Gəncədə partlayış: 57 yaşlı qadın ağır yaralandı

Gəncədə yaşayış evində partlayış olub. Hadisə Zeynal Xəlil küçəsi ev 54 ünvanında yaşayan 57 yaşlı Aybəniz Kazımova qaz sobasını yandırmaq istəyərkən baş verib. Nəticədə qadın əl, qol və ayaqların ikinci və üçüncü dərəcəli yanığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. APA TV-nin xəbərinə görə, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli