Şabranda iki yük maşını toqquşdu

Bakı-Quba-Rusiya Federasiyası yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Bərdə rayonu, Məmmədli kənd sakini, 39 yaşlı Hüseynov Fəxri Qasım oğlunun idarə etdiyi 99 FN 255 dövlət nömrə nişanlı “Shaqman” markalı yük maşını qarşıda gedən eyni markalı 90 JD 478 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücü Fəxri Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan