Yeni ailə quran gəclərə hansı güzəştlər ediləcək?

"Gənc ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması haqqında" qanuna ediləcək əlavə və dəyişiklilərdə gənclərin işlə təminatına xüsusi diqqət yetirilib.

 

MM-in sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA TV-yə deyib ki, qanun layihəsində ailə quran gənclərdən birinin işlə təminatı kvota əsasında həyata keçirləcək: "Yeni ailə quran gənclərə kvotaya uyğun olaraq, 10 vakant yer təklif olunacaq ki, gənclər seçim edib, ailələrini maddi cəhətdən təmin edə bilsin. Burda məqsəd gənci işlə təmin etmək yanaşı, onu işə təhrik eləməkdir".

 

Hadı Rəcəbli bildirb ki, gənc ailələrin sosial müdafiəsini nəzərdə tutan layihədə gənclərin təkcə işlə təmin olunması nəzərdə tutlmur: "O, cümlədən gənc ailələrə toydan sonra bal ayı, eləcə də təhsil haqqının ödənilməsi, sağlamlıq və sonsuzluğun müalicəsi ilə bağlı faizsiz kreditlərin verilməsi də nəzərdə tutulur". 

 

Komitə sədri deyir ki, böyük maliyyə tutumlu olan adıçəkilən qanun layihəsinin qəbuluna cəmiyyətdə böyük ehtiyac var. O vurğulayıb ki, sənəd böyük miqdarda maliyyə tələb etdiyindən onun hazırlanması və parlament müzakirələrinə çıxarılaraq qəbulu ləngiyir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı