Suriyada öldürülən azərbaycanlı komandir də sumqayıtlı imiş

Suriyada son günlər öldürülən azərbaycanlılardan daha birinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlı komandir “Musab Abdurahim Abdulmacid” ləqəbi ilə tanınan Sumqayıt sakinidir. Onun əsl adı açıqlanmır. Silahlılar onun meyitinin fotosunu da sosial şəbəkələrdə paylaşıblar.

“Musab Abdurahim Abdulmacid” Suriyada “İraq-Şam İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan azərbaycanlıların keçmiş komandiri “Əbu Yəhya” öldürüldükdən sonra komandir təyin olunmuşdu.

Martın 22-də Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması ilə “Kürd YPG” qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb. Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir. Öldürülənlərin əksəriyyəti Sumqayıt sakinidir. Onların arasında yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Bayramov Ceyhun Süleyman oğlu da var. Məlumata görə, Ceyhun Bayramovun bacısı da hazırda Suriyadadır.

 

P.S. Suriyada azərbaycanlıların öldürülməsi ilə bağlı yayılan məlumatlar:

 

Suriyada ölən azərbaycanlılarla bağlı inanılmaz faktlar: onların çoxu qohumdur  http://apa.tv/video/8228

 

Suriyadan daha 2 ölüm xəbəri gəldi http://apa.tv/video/8214

 

Azərbaycan yığmasının üzvü Suriyada öldürülüb http://apa.tv/video/8073

 

Suriyada daha iki azərbaycanlı öldürülüb http://apa.tv/video/8258

 

 

Müəllif | Apa.Tv
Apa.tv