Bayramda yığılan artıq çəkilərdən qurtulmağın yolları

Bol nemətli, şirniyyatlı Novruz arxada qalıb. Bayram günlərində qidalanmalarına diqqət etməyənlər bayramdan sonra dadlı-ləzzətli yeməklərdən aldıqları çəkiləri atmaq təlaşına düşürlər. Dietoloq Leyla Zülfüqarova APA TV-yə deyib ki, bayramlardan sonra lazım olan  pəhrizə başlamaqla alınan əlavə çəkilərdən çox qısa müddətdə xilas olmaq mümkündür. Bunun üçün sadəcə bu günlər ərzində meyvə-tərəvəz xörəkləri və yoğurtla kifayətlənmək lazımdır. Limon şirəsi və zeytun yağı bədəni toksinlərdən təmizləyir, paxlalar isə bağırsaq fəaliyyətini stimullaşdırır. Bu müddət üçün müvafiq olan digər qida məhsulları kefir, müxtəlif növ şirələri  və çaydır.  Leyla Zülfüqarovanın sözlərinə görə, bayramlardan sonra yağlı yemək və şirniyyatlarda imtina eymək lazımdır. "Yığdığımız yüksək kalorilərin əridilməsi məqsədi ilə  xüsusi günlər təyin olunmalıdır. Yəni həmin gün yalnız alma yeyilməlidir və alma şirəsi içilməlidir. İkinci gün isə yalnız qatıq içilməlidir. Bundan əlavə həmin günlər qidalar qarışdırlmamalıdır ki, bədən toksinlərdən təmizlənsin. O ki, qaldı gün ərzində heç bir qida qəbul edilmədən yalnız su içilməsinə bu orqanizmə yalnız ziyan vura bilər. Çünki gün ərzində qida qəbulundan tam imtina orqanizmdə müxtəlif problemlərə yol açır". Dietoloq deyir ki, aclıq pəhrizləri arzuolunan nəticələrə gətirmir, çünki normal pəhrizə qayıtdıqdan sonra çətinliklə itirilmiş çəki geri qazanılır, bəzən hətta artıq çəki gəlir. Bunun qarşısını almaq üçün, ac qalmadan, balanslı pəhriz və sağlam qidalarla çəkini necə itirməyi öyrənməliyik. Dietoloqun sözlərinə görə, pendir və təbii yoğurt kimi bəzi süd məhsulları da çəki itirmə prosesini sürətləndirir. Həmçinin, darçın, bal və alma suyu və sirkəsi də artıq çəkidən azad olmaq üçün güclü vasitələrdir. O ki qaldı sağlamlıq və kökəlməmək üçün içilən çaylara həkim bildirib ki, bitki çayları qaçılmazdır. Çünki orqanizmi artıq slaklar və toksinlərdən yalnız bitki çayları təmizləyir. Eyni zamanda metoboliz aparatının işini atirır. Artıq kolori orqanizmə daxil edildikdən dərhal sonra mütləq bitki çaylarından istifadəyə üstünlük verilməlidir. Xüsusi ilə darçın və zəncəfilli çaylar qida rasionuna daxil edilməlidir. Nervopotoloq Lalə Hüseynova isə hesab edir ki, tətillər stressiz zamandır, lakin unudulmamalıdır ki, bədənə də istirahət etdirmək üçün bu periodda qidalandırıcı ərzaqlar lazımdır. İlk növbətə siqaret və spirtli içkidən uzaq durulmalıdır. "Bəzi insanların  qida və içki qəbuluna meyli danılmazdır. Amma bunlar qədərində olmadıqda orqanizmdə ciddi fəsadlar yaranır. Siqaretə və alkoqola meyillilik , həddindən artıq yemək əsəb xəstəliyinə  yol açır. Bunlardan uzaq durmağın  yeganə yolu isə sağlam həyat tərzidir ki, bu insanların sinir sistemini qoruyur. İdman və üzgüçülklə mütamadi məşğul olmaq insanın sağlamlığını təmin edir". Həkim-nervpotoloq tövsiyyə edib ki, pəhrizi korlamadan faydalı və qidalandırıcı ərzaqlar yemək istəyiriksə səhər yeməyi bol olmalıdır, ona daha çox vaxt ayırmalı və maye qəbul edilməlidir. "Qida qəbulu zamanı normaya diqqət yetirilməlidir. Bu həm içkiyə, həm də yeməyə aiddir. Artıq yemək problem yaradırsa, ac qalmaq,  müxtəlif yanlış pəhriz metodlarından istifadə də insan orqanizminə mənfi təsr edir. Çünki gün ərzində müxtəlif qidalaradan istifadə sağlamlığımız üçün vacibdir. Şirniyyatın da qəbuluna və miqdarına mütləq diqqət edilməlidir". Mütəxəssislər sağlam qidalanmanın insanı stressdən xilas etdiyini vurğulayırlar.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı