Xaçmazda 3 ay əvvəl törədilən oğurluğun üstü açılıb

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında törədilən oğurluq faktının üstü açılıb. APA TV-nin xəbərinə görə, həmin tarixdə naməlum şəxslər rayon sakini Həmid Əliyevə məxsus, Nəriman Nərimanov küçəsində yerləşən internet klubdan oyun kompüterləri, monitorlar, disklər və salona aid digər texniki avadanlıqları oğurlayıblar. Aparılan araşdırmalar zamanı hadisəni Xaçmaz şəhər sakinləri 25 yaşlı Şəhriyar Cahidov və 21 yaşlı Əlihəsən Hüseynovun törətdiyi müəyyənləşib. Keçirilən əməliyyat zamanı həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan