Masallıda zəncirvari qəza: 1 ölü, 3 yaralı

Masallıda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Bambaşı kəndi ərazisində qeydə alınıb. “VAZ-2107”, “VAZ-21011” və “Mitsubishi Pajero” markalı minik avtomobillərinin bir-biri ilə toqquşması nəticəsində “VAZ-21011”-in sürücüsü, 66 yaşlı İmaməli Feyruz oğlu Qubadov aldığı çoxsaylı bədən xəsarətindən hadisə yerində ölüb. Həmin avtomobilin sərnişinləri, 67 yaşlı Qızxanım Xanı qızı Qubadova və 60 yaşlı İstəgül Səlimxan qızı Qubadova, həmçinin “VAZ-2107” markalı avtomobilin sərnişini, 25 yaşlı Ülvi Akif oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinə yerləşdiriliblər. Müvafiq tibbi yardımdan sonra Ülvi Əzimov ambulator müalicəyə buraxılıb. Digər 2  yaralının vəziyyəti isə kafi qiymətləndirilir. 

 

Faktla bağlı Masalı Rayon Polis Şöbəsində cinayət işi açılıb,  araşdırma aparılır.

 

Müəllif | Apa.Tv