Türkiyədə "YouTube"a qadağa

Türkiyənin Rabitə və Telekommunikasiya İdarəsi “YouTube” video servisinə birbaşa girişin bağlanmasına qərar verib. "YouTube.com" resursunun statusunun yoxlanılması bölməsində video servisə girişin bağlanıldığı qeyd olunub. Türkiyənin güc strukturlarının yüksək rütbəli nümayəndələrinin görüşü əks olunan videoyazı “YouTube”də yayımlanandan bir neçə saat sonra Telekommunikasiya İdarəsi (TIB) qeyd olunan video servisə girişi bağlayıb. Görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə məsələsi müzakirə olunub.

 

“Reuters” agentliyi qeyd edir ki, Türkiyə XİN-nin rəhbəri Əhməd Davudoğlu bildirib ki, gizli kameraya çəkilmiş qeyd olunan videoçarx qismən redaktə olunub. Nazir söyləyib ki, videoçarxın yayımlanması ölkənin milli təhlükəsizliyinə təhlükə yaradır.

 

Qeyd edək ki, ötən həftə Türkiyədə məhkəmə “Twitter”ə girişə qadağa qoyub.

 

Türkiyə hakimiyyətinin bu qərarı ictimaiyyət tərəfindən kəskin tənqidə səbəb olub.  

 

Müəllif | Apa.Tv
Apa.tv