Alyaskanın Rusiyaya birləşdirilməsi petisiya 30 min dəstək səsi qazanıb

Alyaskanın Rusiyaya birləşdirilməsi ilə bağlı Ağ Evin saytına altı gün öncə yerləşdirilmiş petisiya artıq 30 min dəstək səsi qazanıb.
 

APA TV-nin xəbərinə görə, ABŞ hakimiyyətinin petisiyaya rəsmi cavab verməsi üçün aprelin 20-ə kimi 100 minə qədər dəstək səsi qazanmalıdır. Martın 21-də dərc olunmuş petisiyada deyilir: "Alyaskanın ABŞ-dan ayrılaraq, Rusiyaya birləşdirilməsinə səs verin".

Müraciətdə qeyd edilir ki, Sibir sakinləri hələ qədim zamanlarda Berinq boğazından keçərək, Alyaskaya qədər gediblər.
 

Ruslar 21 avqust 1732-ci il tarixdə Alyaskaya girən ilk avropalılar olublar. Rusiya 30 mart 1867-ci ildə Vaşinqtonda 7,2 milyon dollar qızıl pula Alyaskanı Amerikaya satıb.

 

Müəllif | Apa.Tv