Beynəlxalq Valyuta Fondu Ukraynaya 18 milyard dollar yardım ayıracaq

Kiyevdə aparılan danışıqlar nəticəsində Beynəlxalq Valyuta Fondu stabilləşdirmə proqramı çərçivəsində Ukraynaya 14-18 milyard dollar həcmində maliyyə yardımı etməyə razılıq verib. Razılaşma aprel ayında, Ukrayna hökuməti iqtisadiyyatın sabitləşdirilməsinə yönəlmiş islahatlar paketini qəbul etdikdən sonra nəzərdən keçiriləcək. Bu islahatlardan ən əsası isə əhali üçün qaz tariflərinin bazar səviyyəsinədək qaldırılması olmalıdır.

 

Həmçinin, Ukraynanın baş naziri Arseni Yatsenyuk Ali Radada çıxışı zamanı Ukraynanın defolt təhlükəsi ilə üz-üzə olduğunu bəyan edib. Yatsenyuk bildirib ki, əgər Ali Rada hökumətin təklif etdiyi anti-böhran tədbirlərini həyata keçirməzsə, ölkə müflisləşə bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv