Azərbaycana idxalı qadağan olunacaq avtomobillərlə bağlı yeni qərar

Ölkəyə avtomobil idxalı ilə bağlı "Yol nəqliyyatı. Ekoloji sinflər" dövlət standartına dəyişiklik edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət

 

Komitəsindən APA TV-yə verilən məlumata görə, dəyişikliyin tətbiq vaxtı aprelin 1-dən müəyyən edilib. Əmrə əsasən, avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik olunub.

 

“Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Nazirlər Kabinetinin qərarına əsasən, aprelin 1-dən avtomobillərdə atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək. Həmin tarixdən etibarən ölkəyə  idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürüləcək.

 

 

Müəllif | Apa.Tv