Bakıda yeni yeraltı piyada keçidi tikilir

Bakıda nəqliyyatın sıx hərəkət etdiyi "Gənclik" metrostansiyanının yaxınlığında yeni yeraltı piyada keçidi tikilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA TV-yə verdiyi məlumata görə, Fətəli xan Xoyski küçəsində tikiləcək keçidin uzunluğu 120 metr olacaq. İki  giriş-çıxış hissədən ibarət olacaq yeni piyada keçidinin eninin 6 metr, hündürlüyünün isə 3 metr olması nəzərdə tutulur. Pünhan Mürsəliyev bildirib ki, hazırda ərazi hasara alınıb. Uzun müddət ərazidə geoloji-kəşfiyyat işləri aparılıb. Bu işlərin nəticəsində yeraltı piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları köçürülüb. Yeni yeraltı keçidin tikintisinə isə  mart ayının son günlərində başlanılacaq.

 

Müəllif | Apa.Tv