Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
Milli Məclisin növbəti iclası aprel ayının 4-də baş tutacaq. Gündəliyə 17 məsələ daxil olunub. Onlardan biri “İnsan alverinə qarşı milli koordinatorun illik məlumatı haqqında” sənəddir. Eyni zamanda “Tibbi sığorta haqqında", “Texniki təhlükəsizlik haqqında, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qeyri-dövlət, özəl mühafizə fəaliyyəti haqqında”, “Nəqliyyat haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Avtomobil yolları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulub.
APA TV-nin xəbərinə görə, millət vəkilləri “Dövlət qulluqçularının icbari sığortası haqqında Azərbaycan respublikası qanunun ləğv edilməsi barədə” “Azərbaycan Respublikası və İraq Respublikası hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında sazişin təsdiq olunması barədə" qanun layihəsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna dəyişikliklərin edilməsini də müzakirə edib səsə qoyacaqlar.